Yanvar 01, 2013 thru Aprel 15, 2013 KAMPANİYANIN ŞƏRTLƏRİ
Bu şərtləri (“Şərtlər”) diqqətlə oxuyun. Kampaniyaya (aşağıda müəyyən edilən qaydada) qoşulmaqla siz, bu Şərtlərə müvafiq olaraq öhdəlik daşımağa razılaşmış olursuz. Həmçinin, bu Kampaniyaya qoşulan zaman bizə təqdim etdiyiniz məlumatların hansı qaydada istifadə edildiyini izah edən məlumatların qorunması (məxfilik) qaydalarını www.monsterenergy.com veb-səhifəsindən oxuya bilərsiz.
1. Aşağıdakı 4-cü bəndin müddəaları nəzərə alınmaqla, bu kampaniya (“Kampaniya”) on səkkiz (18) yaşından yuxarı və Azərbaycan Respublikasında rezident olan bütün şəxslər üçün açıqdır.
2. Bu Kampaniya 30 Riverside Way, Aksbric, Midlseks, UB8 2YF ünvanında yerləşənMonster Energy Europe Limited (“Monster Energy”) şirkəti tərəfindən təşkil və idarə edilir.
3. Kampaniya www.monsterenergy.com/lemansazerbaijan (“Veb-səhifə”) veb-səhifəsi vasitəsilə aparılır və Monster Energy məhsulunun seçilmiş pərakəndə satıcılarında və Monster Energy şirkətinin rəsmi facebook səhifəsində olan reklam materialları vasitəsilə reklam edilir.
4. Monster Energy şirkətinin və ya onun törəmə müəssisələrinin, subpodratçılarının, agentlərinin və ya varislərinin və yaxud Kampaniya ilə peşəkar səviyyədə əlaqəli olan hər hansı digər şəxsin işçisi və ya ailə üzvü Kampaniyaya qoşula bilməz.
5. Bu Şərtlər altında bu Kampaniyaya qoşulmaqla, hər bir iştirakçı (“siz”, “sizin”, “iştirakçı”) bu Şərtlərə və Monster Energy şirkətinin Kampaniyaya dair bütün məsələlərlə bağlı və yekun olan qərarına əsasən öhdəlik götürməyə razılıq verir. Başqa heç bir razılığa yol verilmir.
6. Bu Şərtlərdə qeyd edilmiş bütün vaxtlar və tarixlər Azərbaycan Respublikasının vaxtlarına və tarixlərinə uyğun gəlir. Təqdim edilən hər hansı qeydiyyatın vaxtı və yaxud tarixi ilə bağlı mübahisə yaranarsa, Monster Energy şirkətinin qərarı yekun qərar olacaqdır.
7. Kampaniyanın başlanma tarixi 1 yanvar 2013-cü il tarixi saat 00:00 dəqiqə (“Başlanma Tarixi”) və son tarixi 14 aprel 2013-cü il saat 23:59 dəqiqədir (“Son Tarix”).
8. Bu Kampaniyada iştirak etmək üçün hər bir iştirakçı Veb-səhifəsində qeyd edilən məlumatı təqdim etməli və otuz sözlə ən sevdiyi Moto GP sürücüsünü və bunun səbəblərini bildirməlidir (“Cavab”).
9. Şübhələrin aradan qaldırılması məqsədilə, bu Kampaniyaya qoşulmaq üçün kompüter və internetə giriş tələb edilir. Kompüterin sahibinin və internet xidmətlərinin provayderinə ödəniş edən fiziki şəxsin razılığının alınmasını təmin etməklə bağlı iştirakçı məsuliyyət daşıyır. Kampaniyada iştirak etmək məqsədilə internet əlaqəsindən istifadəyə görə xərclərin ödənilməsi tələb edilə bilməz.
10. Bu Kampaniyaya qoşulmaq üçün hər hansı məhsulun alınması tələb edilmir.
11. İştirakçıların qeydiyyatı hər bir iştirakçı üzrə bir (1) qeydiyyat olmaqla məhdudlaşır və hər bir iştirakçı bir (1) dəfədən artıq qeydiyyatdan keçə bilməz və ya buna cəhd etməməlidir. Monster Energy şirkəti bir (1) dəfədən artıq qeydiyyatdan keçən və ya buna cəhd edən hər hansı fiziki şəxsin Kampaniyada qeydiyyatını rədd etmək hüququnu özündə saxlayır.
12. Qeydiyyat online qaydada xüsusi kompüter dili, makrokomandalar vasitəsilə hazırlanmış metodlarla və ya avtomatlaşmış vasitələr ilə edildiyi halda, etibarsız hesab edilir. Monster Energy qeydiyyatın etibarlılığını yoxlamaq hüququnu və hər hansı avtomat texnologiyaları vasitəsilə edilməsi qənaətində olduğu halda, qeydiyyatı sistemdən çıxarmaq hüququnu özündə saxlayır.
13. Monster Energy-nin üç (3) təmsilçisi və bir (1) müstəqil münsifdən ibarət münsiflər heyəti (“Münsiflər Heyəti”) Son Tarixdən etibarən üç (3) gün ərzində tələb olunan meyarlara (“Seçim Meyarları”) ən uyğun olan Cavabı verən iştirakçıları müəyyən edərək iştirakçılar sırasından bir (1) rəsmi qalibi (“Birinci Qalib”) və əlli (50) ikinci yerin qaliblərini(“İkinci yerin Qalibləri”) seçəcək.
14. Seçim Meyarları aşağıdakılardır: (a) Moto GP-nin Monster Energy brendinin ən yaxşı anlamasıvə və (b) orijinal kompozisiya, yazma qabiliyyəti və üslubu baxımından ən original Cavab.
15. Birinci Qalib və İkinci yerin Qalibri priz (“Priz”) əldə edəcəklər:
15.1. Birinci Qalib 18 may 2013-cü il və 19 may 2013-cü il tarixlərində keçiriləcək MotoGP Le Mans, France yarışlarında (“Tədbir”) iştirak etmək üçün iki (2) bilet (“Birinci Priz”) qazanır. Hər bir bilet iştirakçıya aşağıdakı hüquqları verir:
15.1.1. 18 may 2013-cü il və 19 may 2013-cü il tarixlərindəki Tədbirdə bütün ictimai yerlərə giriş üçün bir (1) keçid sənədi;
15.1.2. Monster Energy tərəfindən seçilmiş (“Təyin edilmiş Aeroport”) aeroporta Azərbaycandan bir (1) ədəd birbaşa ekonom qayıdış aerobus bileti;
15.1.3. Monster Energy şirkətinin müstəsna mülahizəsinə uyğun olaraq seçilmiş ən azı iki (2) ulduzlu oteldə iki nəfərlik otaqda üç (3) gecə qalmaq (“Otel”);
15.1.4. Monster Energy şirkətinin müstəsna mülahizəsinə uyğun olaraq müəyyən edilmiş qaydada, Səfərin hər bir günü Təyin edilmiş Aeroportdan Otelə və Oteldən geri transferlər (“Transferlər”); və
15.1.5. Monster Energy şirkətinin müstəsna mülahizəsinə uyğun olaraq müəyyən edilən qaydada Səfər boyunca seçilmiş yeməklər (hər biri “Yeməklər”).
15.2. İkinci yerin Qaliblərin hər biri Tech 3 brendli kepka (“İkinci Priz”) qazanır.
16. Yalnız Birinci Qalib və Birinci Qalib tərəfindən seçilmiş bir (1) şəxs (“Seçilmiş Şəxs”) Birinci Prizdən faydalana bilər. Seçilmiş şəxsin yaşı on səkkizdən (18) yuxarı olmalı və o, Azərbaycan Respublikasının rezidenti olmalıdır.
17. Birinci Qalib elan edildikdən əvvəl hər bir potensial qalib və onun seçdiyi Seçilmiş Şəxsdən uyğunluq barədə yazılı təsdiq sənədini və Birinci Prizin Birinci Qalibə verilməsindən əvvəl məsuliyyətdən imtina sənədini imzalamaq tələb edilir. Tətbiq edilən təsdiq və imtina sənədlərinin surətləri [cuneyt.gazioglu@monsterenergy.com] ünvanına göndərilən sorğu üzrə əldə edilə bilər.
18. Hər bir Birinci Qalibdən (və Birinci Priz üçün Seçilmiş Şəxsdən) və İkinci yerin Qaliblərindən (“Qaliblər”) Prizi almazdan əvvəl, yaşadığı yeri təsdiq edən sənədin surəti, pasport və ya buna bənzər dövlət tərəfindən verilmiş eyniləşdirmə sənədi daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, yaşını, yaşadığı yeri və şəxsiyyətini sübut etmək daxil olmaqla, lakin bununla məhdudlaşmadan tələb olunan şərtlərə uyğunluğu sübut etmək tələb edilə bilər. Monster Energy tərəfindən müəyyən edilən ağlabatan zaman çərçivəsində bu məlumatların Monster Energy şirkətinə təqdim edilmədiyi təqdirdə, bu, Prizin potensial qalibdən alınması və Monster Energy tərəfindən bundan sonra ağlabatan qaydada mümkün olduğu qədər tez bir müddətdə digər müvafiq iştirakçının seçilməsi ilə nəticələnə bilər.
19. Şübhələri aradan qaldırmaq məqsədilə, yuxarıda 15-ci bənddə Prizə verilən izaha xüsusilə daxil edilməyən və təsvir edilməyən vergi, Fransaya səyahət etmək üçün etibarlı sağlamlıq haqqında arayış, nəqliyyat, yemək və hər hansı əyləncə daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, Birinci Qalib və Seçilmiş Şəxs üçün Birinci Prizlə əlaqədar bütün digər xərclər yalnız Birinci Qalib tərəfindən ödəniləcək. Yaşayış şərtləri yeməkləri daxil etmir və Tədbirdə və ya başqa yerdə istifadə edilən bütün yemək və içkilərə və əlavə otaq xidmətlərinə görə Birinci Qalib və Seçilmiş Şəxs məsuliyyət daşıyır. Birinci Qalib və Seçilmiş Şəxsin pasportu etibarlı olmalıdır.
20. Qaliblər Son Tarixdən sonra dörd (4) gün ərzində Kampaniyaya qoşulmaq üçün təqdim etdikləri telefon nömrəsi və ünvan vasitəsilə telefon və ya məktubla xəbərdar (“Bildiriş”) edilir.
21. Birinci Prizin çatdırılması barədə məlumatlar Birinci Qalibə Bildirişdə təqdim edilir. İkinci Priz Bildirişin verilməsindən iyirmi səkkiz (28) gün ərzində kuryer vasitəsilə Kampaniyaya qoşulmaq üçün təqdim edilən İkinci yer tutan Qaliblərin ünvanlarına çatdırılır.
22. İstənilən səbəbdən hər hansı qeydiyyatla Kampaniyaya qoşulmaq üçün təqdim edilən əlaqə məlumatlarına alternativ məlumatlar təqdim edilə bilməz.
23. Bütün qeydiyyatlar iştirakçı tərəfindən Veb-sayta göndərildiyi zaman deyil, Monster Energy şirkətinin verilənlər bazasında qeydiyyata alındığı zamanı qəbul edilmiş hesab edilir.
24. Əgər Qaliblərin və ya İkinci yerin Qaliblərinin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı hər hansı mübahisə yaranarsa, Monster Energy şirkətinin qərarı yekun olacaq.
25. Online qeydiyyat formasının təqdim edilməsi və qeydiyyat formasının online qaydada təqdim edilməsinin təsdiq edən hər hansı digər forma qeydiyyatınızın qəbul edilməsinin dəlili ola bilməz. Monster Energy düzgün doldurulmayan, itirilmiş, gecikdirilmiş və ya hər hansı səbəbdən qəbul edilməmiş qeydiyyatlara görə heç bir məsuliyyət daşımır.
26. Priz qeyd edildiyi kimidir və potensial qalibin, səbəbindən asılı olmayaraq, Prizi tələb edə bilmədiyi təqdirdə keçirilə, dəyişdirilə bilməz və onun əvəzində pul təklif edilə bilməz. Qabaqcadan nəzərə alına bilməyən halların yarandığı zaman, Monster Energy Prizi bütünlüklə və ya prizi təşkil edən hissələrini bunlarla eyni və ya daha dəyərli prizlə, Birinci Priz üçün hər biletin dəyəri min beş yüz (1500) Avro və İkinci Prizlərin hər biri üçün isə on beş (15) Avro ilə dəyişdirmək hüququnu özündə saxlayır.
27. Qaliblər və İkinci yerin Qalibləri Monster Energy tərəfindən tələb edilərsə Kampaniyadan irəli gələn ağlabatan reklamda iştirak etməyə razılıq verir və Qaliblər və İkinci yerin Qalibləri Kampaniya ilə əlaqədar adlarının, fotoşəkillərinin və audio və/və ya video yazılarının Monster Energy tərəfindən hər hansı reklamda istifadə edilməsinə razılıq verir.
28. Qaliblər və İkinci yerin Qalibləri barədə məlumatlar (adı və rezidenti olduğu ölkə daxil olmaqla) Veb-səhifənin müvafiq səhifələrindən əldə edilə bilər.
29. Qaliblərin və İkinci yerin Qaliblərinin adları yazılı sorğu əsasında Son Tarixdən sonra iki ay ərzində əldə edilə bilər.
30. Qaliblər və İkinci yerin Qaliblərin adları yazılı tələb üzrə Son Tarixdən iki ay sonra əldə edilə bilər. Kampaniya ilə əlaqədar tərəfinizdən Monster Energy şirkətinə təqdim etdiyiniz hər hansı şəxsi məlumat təhlükəsizlik və məxfiliklə əlaqədar ən yüksək standartlara uyğun olaraq, 1998-ci il tarixli Verilənlərin Qorunması haqqında Qanuna tam uyğun olaraq istifadə ediləcək. Bu şərtlər www.monsterenergy.com veb-saytında əks olunan fərdi məlumatların qorunması (məxfilik) qaydalarına əlavədir. Bu şərtlər və fərdi məlumatların qorunması (məxfilik) qaydaları arasında ziddiyyət olduğu dərəcədə, üstünlük bu şərtlərə veriləcək. Monster Energy bu fərdi məlumatı yalnız aşağıdakı məqsədlər üçün istifadə edir: səlahiyyətli iştirakçıların priz kampaniyasına qoşmaq və potensial qaliblə əlaqə saxlamaq. Sizin haqqınızda fərdi məlumat birbaşa marketinq məqsədləri üçün istifadə edilməyəcək. Tələb üzrə, Monster Energy bu Kampaniya ilə əlaqədar təqdim etdiyiniz fərdi məlumatın surətini verə bilər. Əgər bu cür surətləri əldə etmək istəsəniz, Monster Energy şirkətinə yuxarıdakı ünvana və ya Monster Energy şirkətinin email ünvanına [cuneyt.gazioglu@monsterenergy.com] yazmalısız. Sizin sorğunuza mümkün qədər tez baxılacaq və bu proses qırx (40) gündən gec davam edə bilməz. Əgər Monster Energy şirkətində sizin barənizdə düzgün olmayan məlumatın olduğunu aşkar etsəniz, siz Monster Energy şirkətindən həmin məlumatın dəyişdirilməsini tələb edə bilərsiz. Belə tələb yazılı olmalı və ya yuxarıda qeyd edilən qaydada email vasitəsilə irəli sürülməlidir. Müəyyən hallarda, siz Monster Energy şirkətində barənizdə olan fərdi məlumatların silinməsini tələb edə bilərsiz. Əgər siz məlumatların silinməsini tələb etsəniz, sizdən ümumi qayda olaraq, əlaqədar məlumatın Monster Energy tərəfindən işlənmə qaydasında verilənlərin qorunması haqqında qanunun pozulması halının müəyyən edilməsi tələb edilə bilər.
31. Baş tutmayan qeydiyyatın iştirakçılarına xəbərdarlıq edilməyəcək.
32. Bütünlüklə qanunla icazə verilən çərçivədə, nə Monster Energy, nə də onların hər hansı törəmə müəssisələrindən biri, işçiləri, direktorları, əməkdaşları, agentləri, varisləri və ya subpodratçıları hər hansı iştirakçının veb-səhifəyə daxil olması, Kampaniya yarışına qoşulmaq və ya hər hansı Prizi qazanmaqla əlaqədar məruz qaldığı hər hansı zərər, ziyan, bədən xəsarəti və ya ruh düşkünlüyünə görə məsuliyyəti və ya öhdəliyi öz üzərinə götürür. Göndərişin sübutu qəbul edilmənin dəlili ola bilməz. Monster Energy Kampaniyada iştirak etməsi ilə əlaqədar və ya bu səbəbdən telefon əlaqəsi və ya xətlərində, kompüter online sistemlərində, serverlərdə və ya provayderlərlə, kompüter avadanlıqları, hər hansı proqram təminatında və ya internetdə texniki problem və ya şəbəkə nəqliyyatında, telefon xətlərində və ya hər hansı veb-saytda yüklənmə səbəbindən qəbul edilməli qeydiyyatda qüsurlara, və ya hər hansı e-mail və ya buna ekvivalent olan çatdırılma xidmətində və ya bunların istənilən birləş mələrində hər hansı gecikməyə və ya iflasa hər hansı problemlərə və ya texniki nasazlıqlara, o cümlədən iştirakçının və ya hər hansı başqa şəxsin kompüterinə və ya mobil telefonuna hər hansı xəsarət və ya zərərə görə məsuliyyət daşımır. Heç bir müddəa Monster Energy şirkətinin ehtiyatsızlığına və ya qanunla qadağan edilməyən və ya məhdudlaşdırılmayan hər hansı digər məsuliyyət nəticəsində qəsdən təhrifedilmə, ölüm və ya şəxsiyyəti təhqir üzrə məsuliyyətini istisna edə bilməz.
33. Monster Energy şirkətinin nəzarəti xaricində olan səbəblərdən Kampaniyanın və Prizin təqdim edilməsi qeyri mümkün ola bilər, bu halda müvafiq olaraq Monster Energy müstəsna mülahizəsilə, Kampaniya şərtlərini dəyişdirə və ya ona düzəliş edə bilər və bu halda, iştirakçı razılaşır ki, bunun nəticəsində Monster Energy şirkəti heç bir məsuliyyət daşımayacaq.
34. Monster Energy ağlabatan qaydada Prizin üçüncü şəxslərə bütövlükdə və ya qismən keçirildiyi qənaətində olarsa; Iştirakçının Başlanma Tarixindən on iki (12) ay müddətinə hər hansı Monster Energy yarışı/ kampaniya və yaxud hər hansı priz kampaniyasında iştirak etməkdən məhrum edildiyi halda; Monster Energy ağlabatan qaydada belə fiziki şəxsin bu Şərtlərə riayət etmədiyi qənaətinə gəldiyi halda; və yaxud Belə fiziki şəxsin Kampaniyada iştirak etmək üçün uyğun olmadığı halda (və ya səbəbindən asılı olmayaraq ona Kampaniyada iştirak etmək etiraz edildikdə) Monster Energy aşağıdakı hüquqları özündə saxlayır:
34.1. Onun məqsədəuyğun şəkildə nəzarəti xaricində olan səbəblərdən, iştirakçı qarşısında məsuliyyət daşımadan Kampaniyanın formatını dəyişdirmək və/və ya gecikdirmək və ya təxirə salmaq; və/ya
34.2. Hər hansı şəxsin Kampaniyada və ya gələcəkdə Monster Energy tərəfindən təşkil edilmiş tədbirlərdə iştirak etməsini qadağan etmək.
35. Bu Şərtlərdə açıq aydın müəyyən edilməsinə baxmayaraq, Monster Energy şirkəti hər hansı iştirakçının çəkdiyi hər hansı xərclər və ya məsrəflərə görə heç bir məsuliyyət daşımır. Qaliblər və İkinci yerin Qalibləri Prizlə əlaqədar ödənilməli hər hansı vergi üzrə məsuliyyət daşıyır.
36. Bütün iştirakçılarına sonrakı istinadlar üçün bu şərtlərin bir nüsxəsini saxlamaq tövsiyə olunur.
37. Kampaniya və bu Şərtlər İngiltərə və Uels qanunvericiliyi ilə tənzimlənir və Kampaniyadan və ya bu Şərtlərdən irəli gələn və ya onlarla əlaqədar hər hansı mübahisə (razılaşdırılmış və ya razılaşdırılmamış) İngiltərə və Uels məhkəmələrinin qeyri-müstəsna yurisdiksiyasına tabedir.